<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>349</hymn_number>
<lyrics>[V1]
 Dəvət etdi Allah bizi Göylərdə
 Öz Oğlu İsanın toy məclisinə.
 Hazırlayın yalnız siz bu gün üçün
 Toy libasınızı ağ və ləkəsiz.

[C1]
   Orda olar əbədi şənlik,
   Biz də daim sevinərik
   Tanrımızın izzətində.

[V2]
 Dünyada hər şeyin bilirik ki, sonu var,
 Kədər bitər, sonda sonsuz sevinc olar.
 Həsrətli görüş necə gözəl olar,
 Hazırlayın buna siz ürəyinizi.

[C2]
   Orda yaşasın saf məhəbbət,
   Bir də ümid və sədaqət,
   İmanınız azalmasın.

[V3]
 Eşidin, sizlər də, bu gözəl dəvəti,
 Göylərdə olacaq toy ziyafəti.
 Rəbb qovuşacaq Öz xalqı ilə
 Şeypur sədalarında, təntənə ilə.

[C3]
   Orda olar əbədi şənlik,
   Biz də daim sevinərik
   Tanrımızın izzətində.</lyrics>
<title>Dəvət etdi Allah bizi Göylərdə İL349</title>
</song>